Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2025 15:48
  • A-
  • A
  • A+

Aleksandr Çakovski adına “Hipertekst” ədəbi mükafatının yarımfinalçıları məlum olub

Aleksandr Çakovski adına “Hipertekst” ədəbi mükafatının yarımfinalçıları məlum olub

AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” (rus. «Проделки Кудрявчика») adlı uşaq kitabı Rusiyanın ən nüfuzlu ədəbi mükafatlarından biri olan, “Ədəbiyyat qəzeti”nin təsis etdiyi A.B.Çakovski adına “Hipertekst” mükafatı müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlib.

Kitabın tərcüməçisi “Elm” nəşriyyatının redaksiya şöbəsinin müdiri Gülarə Abdullayevadır.

Müsabiqə təşkilatçılarının verdiyi məlumata görə, ilkin seçim mərhələsində Ekspert komissiyasına Rusiyanın federal dairələrindən və dünyanın 20-dən çox ölkəsindən 3000-dən artıq müraciət daxil olub. Mükafatın müxtəlif nominasiyaları üzrə, ümumilikdə 113 namizəd seçilib. Finalçıların və qaliblərin adları mart ayında elan olunacaq.

Qeyd edək ki, “Hipertekst” mükafatına müsabiqə “Ədəbiyyat qəzeti” tərəfindən Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə keçirilir. Mükafatın Münsiflər Heyətinin və Təşkilat Komitəsinin sədri, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Maksim Zamşevdir. Müsabiqənin mükafat fondu 5 milyon rubldur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: