Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2025 09:54
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda Elmi şurasının növbəti iclası keçirilib.

İclası açan institutun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov Elmi şuranın 2025-ci il üçün İş planı haqqında şura üzvlərinə məlumat verib.

Daha sonra icraçı direktor b.e.d., dos. Elşad Əhmədov 2025-ci il üzrə elmi tədqiqat mövzularının mərhələləri və Fərdi iş planı haqqında məlumat verib. O bildirib ki, cari ilin may ayında institut tərəfindən “Biomüxtəlifliyin aktual problemləri, müasir baxışlar və tədqiqatlar” adlı konfransın keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə artıq alim və tədqiqatçılardan ibarət Təşkilat kommisiyası da yaradılıb. Belə ki, sözügedən konfrans ekologiyanın ümumi məsələləri, onurğasız heyvanların biomüxtəlifliyi və mühafizəsi problemləri, onurğalı heyvanların biomüxtəlifliyi və mühafizəsi problemləri, bioloji müxtəliflik: nəzəri və tətbiqi aspektləri seksiyaları üzrə təşkil ediləcək.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: