Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.02.2025 10:24
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı bir qədər zəifləyərək maksimal sinifli alışma 3990 oblastındakı M1.89 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tipradioemissiya və bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 12 ləkə qrupunda 271 ləkə müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə olmuş və 6608 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, hesabat dövründə Günəş küləyinin maksimal sürəti 700 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 17 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 534 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6.05 nT, radial istiqamətdə isə 2.89 nT təşkil edir.

Hesabat dövründə 13-15 fevral tarixlərində G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunmuşdur. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3-ə bərabərdir və kosmik hava qeyri-sabitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (17-23 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin səviyyəsi yüksələ bilər. Həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinin altında olacağı proqnozlaşdırılır.  

Günəş küləyinin sürətinin 18 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsirilə artacağı gözlənilir. Ola bilsin ki, TKA-nın da təsiri əlavə olunsun, lakin bu ehtimal aşağıdır.

Avroraların müşahidə olunması ehtimalı isə yuxarı coğrafi enliklərdə 35%, orta coğrafi enliklərdə 1% -dir.

Geomaqnit sahəsi - 18 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının və 15-fevralda baş vermiş TKA təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: