Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2025 21:46
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Fizika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Fizika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım günü qeyd olunub.

Tədbiri institutun baş direktoru, akademik Arif Həşimov açıb.

Xocalı faciəsində həlak olanların və Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik Arif Həşimov qeyd edib ki, Xocalıda törədilmiş cinayət insanlığa qarşı soyqırımdır. Xalqımızın baş vermiş hadisədən sınmadı, əksinə güc topladı və ədalətin bərpa olunması üçün səfərbər  oldu. Ali Baş Komandan cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi və tarixi qələbəyə imza atdı.

Anım mərasimində institutun əməkdaşları Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, elmi işçi Bayram Xudayarov, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, aparıcı elmi işçi Lalə Əliyeva çıxış edərək Xocalıda törədilmiş cinayətə hüququ qiymətin verilməsi, onun beynəlxalq miqyasda tanınması istiqamətində Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin gördükləri mühüm işlər və fəaliyyətləri iştirakçıların diqqətinə çatdırdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: