Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2025 11:07
  • A-
  • A
  • A+

“XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar keçirilib

“XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar keçirilib

Global Research-ün təşəbbüsü ilə “XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar təşkil olunub.

Tədbirdə beynəlxalq münasibətlər sahəsində tanınmış mütəxəssislər iştirak edərək qlobal diplomatiyanın, texnologiyanın və tarixi yanaşmaların bu sahəyə təsiri barədə müzakirələr aparıblar.

Layihə üç beynəlxalq konfrans, üç vebinar və iştirakçılar üçün fasiləsiz asinxron dəstək xidmətlərini əhatə edir. Layihənin ilk konfransı Sinqapurda keçirilib, ikinci konfrans 13 aprel 2025-ci ildə Qahirədə keçiriləcək, final konfransı isə Şuşada baş tutacaq.

Tədbirdə pakistanlı məruzəçi Şeraz Mehmood (Beynəlxalq Münasibətlər üzrə Ph.D. namizədi): “Beynəlxalq münasibətlərdə texnologiyanın rolunu anlamaq, imkanlar və təhlükələr” mövzusunda təqdimat edib, texnologiyanın qlobal diplomatiyaya təsirindən danışıb, kibertəhlükəsizlik riskləri və süni intellekt əsaslı strategiyalara toxunub.

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasətinin əsas aspektlərini vurğulayıb. O qeyd edib ki, Azərbaycan 177 ölkə ilə diplomatik əlaqələr qurub və 80-dən çox səfirlik və konsulluğa ev sahibliyi edir, eyni zamanda 62 ölkədə öz diplomatik nümayəndəliklərinə malikdir.

Vebinarda ADPU-nun Şamaxı filialının, Bakı Qızlar Universitetinin və AZMİU-nun professor-müəllim və tələbə heyəti, müxtəlif ölkələrdən olan akademik auditoriya iştirak ediblər.

Tədbir beynəlxalq əməkdaşlığın inkişafında dialoqun əhəmiyyətini vurğulayan yekun çıxışlarla başa çatıb.

Sonda “XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar iştirakçılarına sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: