Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2025 16:43
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş yığıncaq keçirilib

Memarlıq və İncəsənət İnstitutunda Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş yığıncaq keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Beynəlxalq Mülki Müdafiə gününə həsr edilən yığıncaq keçirilib.

Toplantıda institutun elmi işlər üzrə direktor müavini, institut Fövqəladə Hallar Komissiyasının sədri, dosent Xəzər Zeynalov, komissiyanın üzvləri, institutun Mülki Müdafiə Qərərgahının rəisi Cahid Hüseynov və müavinləri, manqa rəhbərləri və digər aidiyyatı şəxslər iştirak ediblər.

İnstitut Fövqəladə Hallar Komissiyasının sədri, dosent Xəzər Zeynalov hər il Azərbaycanda kütləvi humanitar tədbir kimi qeyd edilən Ümumdünya Mülki Müdafiə gününün yaradılması tarixindən və keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Mülki Müdafiə planlarının təkmilləşdirilməsi üçün rəhbər heyətin maaarifləndirilməsinin vacib olduğunu bildirib. 

Daha sonra institutun Mülki Müdafiə Qərargahının rəisi Cahid Hüseynov Mülki Müdafiə işçilərinin vəzifə öhdəlikləri barədə iştirakçılara məlumat verib. İnstitut əməkdaşlarının mühafizəsinin təşkil olunması, ekstremal vəziyyət yarandıqda onların müdafiəyə hazırlıqlarının təşkilinin ən başlıca vəzifə öhdəliyi olduğunu söyləyib. 

Tədbirin sonunda Azərbaycanda Mülki Müdafiənin inkişafına dair videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: