Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ağac əkininin bəzi təzadlı tərəfləri
11.02.2016 12:55
  • A-
  • A
  • A+

Ağac əkininin bəzi təzadlı tərəfləri

Meşələr su, hava və torpaq kimi biosferanın vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradan yeganə təbiət kompleksi hesab olunur.

Meşələrin qorunub mühafizə olunması, meşəbərpa və meşəsalma işlərinin həyata keçirilməsi ekoloji siyasətin əsas istiqamətlərindən biridir.

Lakin fransız alimlərinin son tədqiqatlarının nəticələrinə görə, yeni ağacların əkilməsi hər zaman təbiətə xeyir vermir. Beləliklə, 1850-ci ildən Avropada əkilmiş ağaclar yalnız qlobal istiləşmə prosesinə təkan verib.

Qırılma nəticəsində kəskin şəkildə azalan meşə əraziləri 1850-ci ildən başlayaraq iqtisadi cəhətdən qiymətli və tez boy atan ağac cinslərindən olan şam və küknar ağacları hesabına bərpa olunub.

Alimlərin fikrincə, iynəyarpaqlı ağac cinsləri palıd və fıstıqdan fərqli olaraq özünə daha çox istini çəkir və əks olunan radiasiyanın miqdarına təsir edir. Bununla yanaşı, ölü bitki və ağac qalıqlarında əmələ gələn karbon qazı da atmosferə ayrılır.

Alimlər təbiət mühafizəkarlarını əsasən hansı ağac növlərinin əkilməsinin təbiətə müsbət təsir etməsi istiqamətində daha diqqətli olmağa və ağac əkimini qlobal istiləşmənin qarşısının alınması sahəsində panaseya kimi qəbul etməməyə səsləyirlər.

www.news.online.ua

  • Paylaş: