Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2025 14:30
  • A-
  • A
  • A+

Botanika İnstitutunda tələbələrə təcrübi dərs keçirilib

Botanika İnstitutunda tələbələrə təcrübi dərs keçirilib

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsində Xəzər Universitetinin tələbələri üçün laboratoriya dərsi keçirilib. 

Biologiya ixtisası üzrə 3-cü kurs tələbələri üçün təşkil olunan dərsin məqsədi tələbələrə laboratoriya şəraitində müşahidə və tədqiqat aparmaq, onları müasir texnologiyalarla və digər yeniliklərlə tanış etmək, elmi araşdırma mərhələlərini öyrətmək olub.

Şöbənin elmi işçisi Fidan Ələskərova tələbələrə bitkinin rizosferindən toplanmış torpaq nümunələrində ph və EC (elektrikkeçiriciliyi) təyini, bitkinin cücərdilməsi üçün lazım olan müxtəlif qidalı mühitin hazırlanması üsulları, toxumların cücərmə enerjisi və cücərmə faizinin ölçülmə qaydaları, eyni zamanda  bitki nümunələrində ümumi, zülali və qeyri-zülali azotun təyini metodlarını izah edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: