Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş iclas keçirilib.
Baş direktor, akademik Dilqəm Tağıyev iclası açaraq institut rəhbərliyi adından 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə sözügedən elmi müəssisədə çalışan qadınları təbrik edərək onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Həmkarlar Təşkilatının sədri professor Arif Əfəndi qadınları bu bayram münasibəti ilə təbrik edib onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Növbəti təbriki Qadınlar Şurasının sədri Esmira Quluzadə edərək qadınlara ailə səadəti və sağlamlıq arzulayıb.
Sonra laboratoriya müdiri professor Elza Salahova çıxış edib. O, qadınlara həyatda daha mətin və güclü olmağı, daim irəli gedərək öz məqsədlərinə çatmağı arzulayıb.
Həmçinin gənclər də öz təbriklərini iclas iştirakçılarına çatdırıblar.
İclasın sonunda institutun rəhbərliyi və Həmkarlar Təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə institutun elmi-tədqiqat işlərinin yerinə yetirilməsində və ictimai həyatında fəal iştirakına görə 15 qadın əməkdaş Fəxri fərmanla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.