Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2025 12:05
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunan iclas keçirilib

Polimer Materialları İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunan iclas keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclas keçirilib.

İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə institutun qadın əməkdaşlarını təbrik edib, onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması, yaşadılması, ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında, elm və təhsilin inkişafında fəal iştirak etdiyini qeyd edib.

Sonra Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edib, onların cəmiyyətdəki müstəsna xidmətlərindən bəhs edib. 

Daha sonra institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, kimya elmləri doktoru, dosent Əlverdi Kərimov, kimya elmləri doktoru, professor Ağa Mustafayev, kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov, kimya üzrə fəlsəfə doktoru, dosent Əmiraslan Qaramanov və kimya üzrə fəlsəfə doktoru, dosent İsmayıl İsmayılov çıxış edərək gözəlliyin, zərifliyin, sədaqətin və ülviliyin rəmzi olan qadınlara təbriklərini çatdırıblar.

İclasın sonunda Bəxtiyar Məmmədov institutun 69 qadın əməkdaşına elmi və ictimai işlərdə fəal iştirak etdiklərini nəzərə alaraq təşəkkür elan edildiyini bildirib və bütün qadın əməkdaşlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: