Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə institutun baş direktoru, akademik Vaqif Abbasov çıxış edərək kollektivdə çalışan bütün xanımları təbrik edib. O, qadınların cəmiyyətin inkişafındakı rolunu vurğulayaraq, onların əmək fəaliyyətində göstərdiyi əzmkarlığın institutun uğurlarında mühüm payı olduğunu qeyd edib. Eyni zamanda, akademik Vaqif Abbasov Prezident İlham Əliyevin ölkəmizdə qadınların hüquqlarının qorunması, onların ictimai, elmi və iqtisadi sahələrdə daha geniş təmsil olunması üçün gördüyü işlərə toxunaraq, bu sahədə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda institutun fəaliyyətində xüsusi fərqlənən xanım əməkdaşlar da Fəxri fərmanla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.