AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutun Ekspozisiya zalında baş tutmuş tədbiri giriş nitqi ilə Qadınlar Şurasının sədr müavini, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova açıb. O, tədbir iştirakçılarını salamlayaraq elmi-tədqiqat müəssisəmizin qadın heyətini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli və İnstitutun Həmkarlar Şurasının sədri fil.ü.f.d. Samirə Əliyeva da bu təbriklərə qoşularaq çıxışlarında institutun elmi və ictimai həyatında qadınların rolundan bəhs edib, onların bu sahədəki uğurlu fəaliyyətindən söz açıblar.
Çıxışlardan sonra təltifolma mərasimi keçirilib. İnstitutun baş elmi işçiləri – tarix e.d., dosent Tahirə Həsənzadə və fəl.e.d., dosent Zəkiyyə Əbilova, şöbə müdirləri – fil.e.d., dosent Nailə Səmədova, tarix ü.f.d., dosent Nigar Babaxanova, fil.ü.f.d., dosent Lamiyə Rəhimova, fil.ü.f.d. Elnurə Babayeva, fil.ü.f.d. Rəna İskəndərli və Qutiyera Cəfərova, aparıcı elmi işçiləri – fil.ü.f.d., dosent Aynurə Məmmədova, fil.ü.f.d. Şəfiqə Abdullayeva, böyük elmi işçiləri – fil.ü.f.d. Nəzrin Rzayeva, Sevinc Rəhnulla, Aytən İmanova, Tahirə Əliyeva, Sona Xəyal və Sevinc Dadaşova, elmi işçiləri – Xanım Mehdixanlı və Nərgiz Mustafazadə, baş mütəxəssisləri – Səadət Nəsirova, Ülkər Hacıyeva və tərcüməçisi Səmra Rəhimova institutun elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qadınlar Şurasının “Fəxri Fərman”ı ilə təltif olunublar.
Tədbir çərçivəsində iştirakçılar Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin və İnstitut Kitabxanasının “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə hazırladıqları sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan şairələrinin əlyazma əsərləri, qədim yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu, o cümlədən müəssisəmizin xanım əməkdaşlarının ərsəyə gətirdikləri yeni nəşrləri nümayiş olunub.
Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.