AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə dəyirmi masa keçirilib.
Əvvəlcə Mərkəzin elmi katibi Cəmil Quliyev AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbrik məktubunu oxuyub.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Mehman Əliyev Azərbaycan elminin inkişafında qadın alimlərimizin böyük rolundan, xidmətlərindən söz açıb, onların bir çox sahələrdə mühüm elmi araşdırmalar apardıqlarını, milli dövlət quruculuğu prosesində yaxından iştirakını diqqətə çatdırıb, müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirdiklərini vurğulayıb. O, eyni zamanda, Mərkəzdə çalışan qadın əməkdaşların əməyini yüksək qiymətləndirib, hamını təbrik edib, onlara cansağlığı, səadət və işlərində müvəffəqiyyətlər arzulayıb.
Mərkəzin əməkdaşlarından Səfail Qurbanov, İltifat Əhmədov, Elmar Hüseynzadə, Sərraf Talıbov, Aqil Həsənov, Zamin Ağazadə, Elnur Həsənzadə, Qüdrət Hüseynzadə, Ağamir Cavadov, Çinarə Rzayeva, Fəranə Mikayılova, Validə Seyfullayeva, Sevinc Hüseynova, Nəzrin Əlizadə, Jalə Şəfizadə, Gözəl Əlizadə, Aytac Baxşızadə, Zahidə Hüseynova bayram təbriklərini çatdırıb, ən səmimi arzularını, ürək sözlərini söyləyiblər.
Lənkəran REM-in qadın əməkdaşlarına bayram hədiyyələri təqdim olunub.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.