Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2025 10:06
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə  açan Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdə duran məsələləri şura üzvlərinin nəzərinə çatdırıb.

İ.Mustafayev bildirib ki, institut alimlərinin rəhbərliyi altında şagirdlər “Sabahın alimləri” IX respublika müsabiqəsində qalib gəliblər. Təqdim olunan layihələrin innovativ, tətbiq baxımından yararlı və müasir olması ilə seçilməsi, gənc nəslin elmi fəaliyyətlərinin düzgün istiqamətdə formalaşmasına böyük töhfə verməsi vurğulanıb.

Həmçinin iclasda gənc alimlərin elmi və elmi-təşkilati fəaliyyətləri, yeni yanaşmalarla aparılan tədqiqatları və beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin sayı müzakirə edilib, məqalələrin nüfuzlu beynəlxalq jurnallarda dərc olunmaları yüksək qiymətləndirilib.

Gündəlikdə duran məsələlərlə bağlı Radiasiya Problemləri İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi və resursların effektiv istifadəsi ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, Energetika Nazirliyində AEBA-nın təşkil etdiyi tədbir barədə fikir mübadiləsi aparılıb.

İclasda sosial şəbəkələrdə institutun fəaliyyətini əks etdirən məlumatların paylaşılması məsələsi nəzərdən keçirilib. İnstitutun alimlərinin “Vikipediya”da məlumatlarının yerləşdirilməsi ilə bağlı yaradılan qrupa müvafiq tapşırıqlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: