Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2025 17:15
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Akademik A.Həşimov Novruz bayramının qədim köklərə və ənənələrə aid olduğunu qeyd edib.

Akademik A.Həşimov çıxışında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurduqdan sonra artıq beşinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd etdiyini bildirib.

Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, Həmkarlar Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və f.ü.f.d. Şəfəq Əhədzadə çıxış ediblər.

Tədbirin sonunda Novruz Bayramına həsr olunmuş videoçarx təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: