Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2025 09:20
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı  ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Tədbirdə Dendrologiya İnstitutunun rəhbərliyi, əməkdaşları və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbinin rəhbərliyi və uşaqları iştirak ediblər. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan uşaqlar tərəfindən böyük coşğu ilə qarşılanıb. Tədbiri institutun direktoru b.ü.f.d., dosent Minarə Həsənova açaraq qonaqları və əməkdaşları “Novruz” bayramı münasibəti ilə təbrik edərək ölkəmizə, dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzulayıb.

Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: