Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2025 14:22
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının Elm günü ilə əlaqədar tədbiri keçirilib

Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının Elm günü ilə əlaqədar tədbiri keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının Elm günü ilə əlaqədar tədbiri keçirilib.

Tədbirdə AMEA-nın Qadınlar Şurasının sədr müavini biologiya elmləri doktoru Tubuxanım Qasımzadə giriş sözü ilə çıxış edərək Akademiyanın Qadınlar şuralarının işindən, qadınların fəaliyyətindən, əldə olunmuş nailiyyətlərdən danışıb. Xüsusilə arxeoloq qadınların işlərinin çətinliyinə və maraqlı olmağına toxunan natiq onlara müvəffəqiyyətlər arzulayıb.

Sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının sədri t.e.d. Vəfa Mahmudova Elm günü münasibətilə qadın əməkdaşları təbrik edib. O, təmsil etdiyi qurumun qadın kollektivinin gördüyü işlərdən, əldə olunmuş nailiyyətlərdən danışıb.

Sonra institutun əməkdaşları T.Alıyeva, S.Hüseynova, L.Hüseynova, İ.Sadıqova, Fəlsəfə, Coğrafiya, Şərqşünaslıq institutlarının Qadınlar şuralarının sədrləri çıxış ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın təbriki səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: