AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə, Akademik Zərifə Əliyevanın 102 illik yubileyinə həsr olunmuş “Zərifə Əliyeva - silahdaş, böyük şəxsiyyət, görkəmli alim” mövzusunda tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə tədbir iştirakçılarını salamladı. Sonra böyük xidmətləri, çoxillik elmi-tədqiqat işləri ilə zəngin həyat yolu keçirmiş Zərifə Əliyeva haqqında hazırlanmış video çarx izlənilib. O, bildirib ki, akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmaqla yanaşı həm də zəngin mənəviyyata sahib əsl ziyalı olaraq mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Professor həmçinin vurğulayıb ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Akademikin çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. O görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı və Azərbaycan xalqına İlham Əliyev kimi müzəffər lider bəxş edən ana idi. İ.Məmmədzadə Zərifə Əliyevanın öz zəngin dünyagörüşü və fəlsəfi baxışı ilə fərqlənərək Azərbaycanda qadın ziyalıların aparıcı qüvvə olduğunu, əsərlərinin bir çox xarici dillərə tərcümə olunaraq yeni alimlərin yetişməsində öz töhfəsini verdiyini vurğulayıb.
Tədbirin sonunda f.ü.f.d., dosent Əli İbrahimov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli, f.e.d.,professor Rəna Mirzəzadə, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə dostoru, dosent, Sənən Həsənov, YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, f.ü.f.d., dosent Şölət Zeynalov çıxış edərək ictimai siyasi xadim, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.