Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

23.04.2025 09:30
  • A-
  • A
  • A+

AMEA prezidenti akademik İsa Həbibbəyli Moskvada fəaliyyət göstərən təşkilat sədri ilə görüşüb

AMEA prezidenti akademik İsa Həbibbəyli Moskvada fəaliyyət göstərən təşkilat sədri ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovla görüşüb.

Görüş zamanı akademik İsa Həbibbəyli AMEA ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış Əməkdaşlıq müqaviləsinə əsasən aparılan elmi tədqiqat işləri haqqında danışıb. Həmçinin AMEA ilə Rusiya Elmlər Akademiyasının Ural və Sibir Regional Bölmələrinin nəzdində fəaliyyət göstərən Udmurtiya və Yakutiyanın elmi müəssisələri arasında epos yardıcılığına dair birgə tədqiqat işlərinin aparıldığını, müştərək elmi konfransların keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Akademiya tərəfindən nəşr edilmiş kitab və monoqrafiyalarla Moskva şəhərində fəaliyyət göstərən Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinə lazımi dəstək göstəriləcəyini bildirib.

Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. AMEA ilə kitab mübadiləsinin, birgə elmi layihələrin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı AMEA ilə Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti arasında əlaqələrin yaradılmasının əhəmiyyətinə toxunulub, əməkdaşlıq perspektivləri müzakirə olunaraq müvafiq razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: