DOST Agentliyinin könüllüləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olublar.
Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov könüllülərlə görüşdə MEK-in fəaliyyəti haqqında ümumi məlumat verib. O, gəncləri Sərgi salonunda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələr, digər sərgilər, AMEA-nın təsisçilərinin büstləri, Akademiklər zalı, Diplomatik fond, Qarabağ müharibəsi qəhrəmanları, Nadir kitablar və qiymətli nəşrlər fondları ilə yaxından tanış edib.
Direktor AMEA-nın 80, MEK-in isə 100 illik yubileylərinin bu il qeyd olunduğunu vurğulayaraq, bu tarixi elm məbədi ilə tanışlığın gənclər üçün mühüm və dəyərli bir təcrübə olduğunu bildirib. Hüseyn Hüseynov könüllülük hərəkatının Azərbaycanın ictimai həyatındakı əhəmiyyətinə toxunaraq gəncləri kitabxanalardan daha fəal istifadə etməyə çağırıb.
DOST Agentliyinin könüllüləri yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Tanışlıq zamanı gənclər kitabxana ilə bağlı onları maraqlandıran suallara cavab alıblar. Eyni zamanda MEK-in könüllülərinin də iştirakı ilə birgə müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.