Amerikalı alimlər elmə "dəniz kəpənəkləri" kimi məlum olan dəniz ilbizlərinin üzmək üçün həşəratların havada uçarkən etdikləri hərəkətləri təkrarladığını müəyyən ediblər.
Alimlərin sözlərinə görə, kiçik ölçüyə malik, şəffaf, jeleyəbənzər ilbizlərin çanağında qanadaoxşar əlavələr mövcuddur. Demək olar ki, bütün planktonlar bu üzvlərdən avar kimi istifadə edir. Lakin "dəniz kəpənəkləri" yuxarı qalxmaq üçün 8 formalı trayektoriya ilə hərəkətdə onlardan qanad kimi istifadə edir, bu da onları uçan həşəratlara bənzədir.
Alimlər ilbizlərin "uçuşu"nu konvergent təkamülün bariz nümunəsi hesab edirlər.