Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2025 14:56
  • A-
  • A
  • A+

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədovanın “Əlyazmalar İnstitutunda saxlanılan memuar nümunələri” mövzusunda mühazirə oxuyub.

Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya universitetlərinin tələbələrinin iştirak etdiyi təlimdə alim Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Mirzə Fətəli Axundov kimi müasir yazıçı və şairlərin, Müslüm Maqomayev, Hüseynqulu Sarabski kimi incəsənət xadimlərinin memuarlarından, onların şəxsi arxiv materiallarının konkret nümunələrindən söz açıb, Azərbaycan ədiblərinin ədəbi irsinin ədəbiyyat və ictimai fikir tariximizdə yeri və rolundan bəhs edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: