Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.02.2016 18:01
  • A-
  • A
  • A+

AMEA prezidenti İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA prezidenti İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 19-da AMEA prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.  

Görüşdə akademik A.Əlizadə iki ölkə arasında elm və təhsil sahəsindəki əməkdaşlıqdan danışıb. Ötən il bu ölkəyə səfəri çərçivəsində İsrail Təbiət və Humanitar Elmlər Akademiyası, Qüds və Təl-Əviv universitetləri, eləcə də digər elm və təhsil müəssisələrində olduğunu xatırladan A.Əlizadə İsrailin bu sahədə əldə etdiyi uğurların dünya elminə mühüm töhfə olduğunu bildirib.

Səfir D.Stav ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, elmlə təhsilin vəhdətinin hər iki ölkə üçün vacib olduğunu vurğulayıb. İsrailli diplomat ölkəsinin elm adamlarının azərbaycanlı həmkarları ilə kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etmək niyyətində olduqlarını deyib. Qeyd edilib ki, bu məqsədlə İsrailin Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İsrail Beynəlxalq Əməkdaşlıq Mərkəzinin nümayəndələrinin Azərbaycana səfəri nəzərdə tutulur.
Akademik A.Əlizadə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birgə tədqiqatlar həyata keçirməyin mümkünlüyünü bildirib, əməkdaşlığı daha da genişləndirmək üçün müştərək elmi laboratoriya yaratmağı təklif edib. Təklifi yüksək dəyərləndirən səfir azərbaycanlı alimləri bu ilin martında talassemiya problemlərinə dair İsraildə keçiriləcək konfransa dəvət edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayevİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: