Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2025 15:02
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib

Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Çoxəsrlik tariximizin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. Akademik G.Baxşəliyeva Ümummilli Liderin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib. G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini  qeyd edib. G.Baxşəliyeva Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasında, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrilməsində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva tədbirdə çıxış edərək, XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz yerinin olduğunu söyləyərək, Ulu Öndərin azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində böyük rolunu xüsusi qeyd edib. Professor R.Rzayeva əsası Ümummilli Lider tərəfindən qoyulmuş azərbaycançılığın müstəqil Azərbaycanın fəlsəfi və sosial doktrinasının sosial-mədəni və etnik, geosiyasi aspektlərini özündə cəmləşdirdiyini bildirib. 

Tədbirdə, həmçinin institutun baş elmi işçisi, siyasi elmlər doktoru Adil Mirabdullayev və aparıcı elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə, çıxış edərək Azərbaycan dövlətçiliyinin qorunmasında, dövlətin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: