Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2025 17:20
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Ədəbi Krakov - 2025” adlı beynəlxalq ədəbi tədbir keçirilib

Ədəbiyyat İnstitutunda “Ədəbi Krakov - 2025” adlı beynəlxalq ədəbi tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bakı Slavyan Universiteti, Azərbaycan-Polşa Beynəlxalq Elmi Mədəniyyət Mərkəzi və NG Creators Club-un birgə təşkilatçılığı ilə “Ədəbi Krakov – 2025” adlı beynəlxalq ədəbi tədbir keçirilib.

Tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Polşanın Azərbaycandakı səfiri Pavel Radomski, Azərbaycan-Polşa Beynəlxalq Elmi Mədəniyyət Mərkəzinin rəhbəri, Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva, NG Creators Clubun direktoru Natiq Əliyev, BSU-nun tələbələri və başqaları iştirak ediblər.

Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına həsr olunmuş tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli açaraq qeyd edib ki, bu toplantının əsas məqsədi Azərbaycan və Polşa ədəbiyyatları arasında mədəni və intellektual dialoqun genişləndirilməsi, gənclərin dünyagörüşünün zənginləşdirilməsidir. Təmsil etdiyi institutda dünya ədəbiyyatı, o cümlədən polyak ədəbiyyatı haqqında aparılan tədqiqatlara nəzər salan Mehman Həsənli tələbə mübadiləsi və ortaq layihələrin əhəmiyyətini də vurğulayıb.

Sonra Polşanın Azərbaycandakı səfiri Pavel Radomski çıxış edərək tədbirin təşkili üçün təşəkkür edib, Ədəbiyyat İnstitutunda olmaqdan məmnunluq ifadə edib. Polyak ədəbiyyatına verilən dəyəri yüksək qiymətləndirib.

Tədbirdə Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova, Bakı Slavyan Universitetinin polşalı müəllimi filologiya üzrə fəlsəfə doktoru Barbara Piontek, Polşa-Azərbaycan icmasının sədr müavini Aleksandr Kostin çıxış edərək ədəbi əlaqələr sahəsində görülən işlərin nəticələrindən bəhs ediblər. Ədəbi Krakov silsilənin ilk tədbirinin 2023-cü ildə Elmlər Akademiyasında təşkil olunduğunu xatırladıblar.

Tədbirdə Bakı Slavyan Universitetinin esse üzrə müsabiqədə qalib gələn tələbələri təltif edilib, tələbələrin iştirakı ilə bədii kompozisiya nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: