Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdə duran məsələləri şura üzvlərinə təqdim edib.
İ.Mustafayev vurğulayıb ki, elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsi və doktorantura proqramlarının təkmilləşdirilməsi institutun prioritetləri sırasındadır. Bu istiqamətdə doktorant və dissertantların elmi hazırlığının gücləndirilməsi, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi vacibdir.
İclasda doktorantura və dissertantura proqramlarının inkişafı, qəbul olunmuş doktorant və dissertantların attestasiyası, həmçinin 2020-2024-cü illərdə qəbul edilmiş doktorantların elmi fəaliyyətinin qiymətləndirilməsi müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Bundan əlavə, 2025-ci ilin yaz sessiyasında ixtisas fənnindən doktorluq imtahanlarının keçirilməsi barəsində qərar qəbul olunub.
Sonda institutun yarımillik hesabatı təqdim edilib, elmi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.