Filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımovanın Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən “Əbədiyyətin və ədəbiyyatın Əziz Şərifi” adlı kitabı çapdan çıxıb.
Nəşrin elmi redaktoru Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir.
Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Əziz Şərifin mənalı ömür yolu və ədəbi-elmi, tərcüməçilik fəaliyyətinin əsas məqamlarına nəzər salınır. “Əziz Şərifin həyatı və mühiti”, “Əziz Şərifin publisistikası”, “Əziz Şərifin ədəbi-elmi irsi” adlı bölmələrdən ibarət olan yeni nəşrdə ədəbiyyatşünas alimin sanballı elmi tədqiqat əsərləri, tərcümə yaradıcılığı, ədəbi-tənqidi və publisist məqalələri yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.