Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2025 10:54
  • A-
  • A
  • A+

“Hüseyn Cavid dünyasında balaca ürəklər” adlı tədbir keçirilib

“Hüseyn Cavid dünyasında balaca ürəklər” adlı tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” haqqında sərəncama uyğun olaraq “Hüseyn Cavid dünyasında balaca ürəklər” adlı tədbir keçirilib.

Hüseyn Cavidin Ev Muzeyinin və “Gənc şairlər” uşaq ədəbiyyat layihəsi”nin iştirakçılarının birgə təşkilatçılığı ilə baş tutan tədbiri muzeyin direktor vəzifəsini icra edən Lalə Əliyeva açıb. O, Hüseyn Cavidin yaradıcılığında uşaq mövzularından bəhs edib və tədbirdə birgə əməkdaşlığa görə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının üzvü Lalə Həsənovaya öz təşəkkürünü bildirib. 

Balaca qiraətçilər Hüseyn Cavid yaradıcılığından “Çiçək sevgisi”, "Ben isterim ki", “Gülümsə”, "Sevinmə, gülmə, quzum", “İblis”in monoloqunu və s. nümunələri səsləndiriblər.

Ziyarətçilərə milli irsimizi sevə-sevə tanıdaraq qonaqlara bələdçilik etdikləri üçün iki iştirakçıya “Muzeyin səfiri” adı, Hüseyn Cavidin əsərləri və “Təşəkkürnamə” hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: