Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.06.2025 09:48
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun ümumi seminarında Raisa Haxıyevanın “TiC nanohissəciklərinin struktur və termik xassələrinə ionlaşdırıcı şüalanmanın təsiri” mövzusunda məruzəsi dinlənilib.

R.Haxıyeva mövzu ilə bağlı çıxış edərək tədqiq etdiyi obyektin eksperimental metodları, məqsəd və vəzifələri, praktik baxımından tətbiq sahələri, bu işlə bağlı xaricdə çap olunan məqalələr haqqında seminar iştirakçılarına geniş məlumat verib.

Sonda mövzu ilə bağlı suallar və təkliflər səslənib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: