Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.06.2025 12:43
  • A-
  • A
  • A+

Kimyaçı alimlər beynəlxalq konfransda məruzə ediblər

Kimyaçı alimlər beynəlxalq konfransda məruzə ediblər

Bakı şəhərində iyun ayında ADNSU və UFAZ-ın birgə təşkilatçılığı, SOCAR Polymer-in sponsorluğu ilə “UFAZ Beynəlxalq Konfransı 2025” uğurla keçirilmiş konfrans kimya, proses mühəndisliyi və material elmləri sahələrində elmi yeniliklərin və real tətbiqlərin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi yadda qaldı.

Üç gün davam edən konfransda dünyanın müxtəlif ölkələrindən - o cümlədən Sinqapur, Hindistan, İtaliya, Almaniya, Fransa, Yaponiya və Azərbaycandan olan alimlər və tədqiqatçılar son elmi nailiyyətlərini təqdim etdilər. Tədbirdə plenar çıxışlar, paralel elmi sessiyalar, poster təqdimatları və müzakirələr oldu.

Konfransda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları - k.e.d. prof. Etibar İsmayılov və k.e.d. Rayyət İsmayılov - maraqlı və aktual mövzularda plenar məruzələrlə çıxış etdilər. Rayyət İsmayılov “Modullaşdırılmış oliqo-α-piridilamin liqandları əsasında uzadılmış xətti metal atom kompleksləri (Ni, Co, Cr) və Cu(II)-nin koordinasion polimerləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda çıxışı ilə quruluş kimyasında yeni yanaşmaları və perspektivləri təqdim etdi. Prof. Etibar İsmayılov “Təbii qazın pirolizi ilə hidrogen istehsalı: mövcud vəziyyət və perspektivlər” mövzusunda təqdimatında dayanıqlı enerji texnologiyalarının əhəmiyyətini və bu sahədəki elmi nailiyyətləri diqqətə çatdırdı, gələcək imkanlar və inkişaf istiqamətləri barədə geniş məlumat verdi.

UFAZ Beynəlxalq Konfransı 2025 -  elmi əməkdaşlıq, innovasiya və gənc tədqiqatçıların inkişafı üçün mühüm platforma yaratdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: