Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.06.2025 17:16
  • A-
  • A
  • A+

Botanika İnstitutu ilə Quaid-i-Azam Universiteti əməkdaşlıq edəcək

Botanika İnstitutu ilə Quaid-i-Azam Universiteti əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Pakistanın Quaid-i-Azam Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafar imzalayıb.

Anlaşma memorandumuna əsasən birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, konfranslar, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: