Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.06.2025 09:46
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları Göygöl, Daşkəsən, Laçın və Şuşa rayonlarında ekspedisiyada olublar

Zoologiya İnstitutunun əməkdaşları Göygöl, Daşkəsən, Laçın və Şuşa rayonlarında ekspedisiyada olublar

ETN Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının əməkdaşları b.ü.f.d., dosent Təvəkkül İsgəndərov və baş laborant Zivərxanım İbrahimli “Azərbaycanın Kiçik Qafqaz təbii vilayətinin dağ və dağətəyi ərazilərində yayılmış  reptili (Reptilia) növlərinə təbii və antropogen amillərin təsirinin qiymətləndirilməsi” mövzusuna aid tədqiqat materialları toplamaq üçün  Göygöl, Daşkəsən, Laçın və Şuşa rayonlarında ekspedisiyada olub.

Ekspedisiya zamanı Göygöl Milli Parkı və ona bitişik dağ yamaclarında vizual müşahidələr aparılmış, müşahidə aparılan ərazilərdə təbii amillərdən (sel, daşqın, uçurum) yaranan heç bir dəyişiklik aşkar edilməyib. Ərazilərdə reptililərin yaşayış yerlərinin keyfiyyətinə mənfi təsir edən yalnız antropogen xarakterli amillər oldu ki, bu da ərazinin yerli əhali və iaşə obyektləri tərəfindən məişət tullantıları ilə çirkləndirilməsi faktları ilə bağlı idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: