Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.06.2025 19:36
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “AMEA-nın 80 illiyinin qardaş Türkiyədə qeyd olunması Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının növbəti təcəssümüdür”

Akademik İsa Həbibbəyli: “AMEA-nın 80 illiyinin qardaş Türkiyədə qeyd olunması Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının növbəti təcəssümüdür”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli iyunun 26-da Ankaraya səfəri çərçivəsində Heydər Əliyev Parkını ziyarət edib.

İsa Həbibbəyli Azərbaycan dövlətçiliyinin memarı, dahi siyasətçi Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb.

AMEA-nın prezidentini Türkiyə Elmlər Akademiyasının və Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri müşayiət ediblər.

Akademik İsa Həbibbəyli AzərTac-a bildirib ki, o, Türkiyəyə Azərbaycan Milli Elmlər Akademiyasının yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində səfər edib.

“Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinin keçirilməsi ilə bağlı Sərəncamının icrası çərçivəsində tariximizdə ilk dəfə olaraq Akademiyanın yubiley tədbiri respublikamızın hüdudlarından kənarda - dost və qardaş Türkiyədə keçirilir. Bunu Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının növbəti təcəssümü və ölkələrimiz arasında elmi əməkdaşlıq üçün yeni bir təkan hesab edirəm”, – deyə o qeyd edib.

Akademik əminliyini bildirib ki, Ankara Universitetində keçiriləcək yubiley tədbiri Azərbaycan və Türkiyənin elmi və təhsil strukturlarının daha da yaxınlaşmasına yol açacaq, yeni tərəfdaşlıqlar və birgə layihələr üçün zəmin yaradacaq.

  • Paylaş: