Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.06.2025 10:40
  • A-
  • A
  • A+

Filosof alim Xəzər Universitetində keçirilən Dördüncü Türkçülük Çalışmalarında məruzə edib

Filosof alim Xəzər Universitetində keçirilən Dördüncü Türkçülük Çalışmalarında məruzə edib

Xəzər Universitetində Türkçü Düşüncə Birliyinin təşəbbüsü ilə Dördüncü Türkçülük Çalışmaları keçirilib.

Bu dəfə konfranın əsas mövzusu “Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız” olub.

Konfransda iştirak edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Cümhuriyyət qurucularına yanaşmalarda müxtəlif dövrlərin şərtləri və ideoloji-siyasi amillər” mövzusunda məruzə edib. Onun sözlərinə görə, Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə, o cümlədən Cümhuriyyət qurucularına münasibətdə radikal yanaşmalar doğru deyil.

Faiq Ələkbərlinin fikrincə, tarixi şəxsiyyətləri, o cümlədən dövlət xadimlərini, tanınmış mütəfəkkirləri tutduqları ideya xəttinə, ya da düşüncələrinə görə təqdir və ya tənqid edərkən ifrata varmaq olmaz. O bildirib ki, bu baxımdan hansı siyasi ideoloji mövqe tutmasından aslı olmayaraq dövlət xadimlərinə və mütəfəkkirlərinə həssaslıqla yanaşmaq, ancaq prinsip etibarilə milli yolu (türkçülük) tutanlara əsaslanmaq lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: