Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.07.2025 14:20
  • A-
  • A
  • A+

Fizika İnstitutunun Mülki Müdafiə Qərargahı seminar keçirib

Fizika İnstitutunun Mülki Müdafiə Qərargahı seminar keçirib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Mülki Müdafiə Qərargahının təşkilatçığı ilə “Kütləvi qırğın silahlarından istifadə zamanı əhalinin müdafiəsinin təşkili”nə həsr olunmuş “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları” mövzusunda təlim-seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun Mülki Müdafiə Qərargahının rəisi Dursun Abdullayev açıb. Dursun Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd institut əməkdaşlarının mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar zamanı təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır.

Dursun Abdullayev kütləvi qırğın silahlarının növləri, insan həyatına və ətraf mühitə son dərəcə təhlükəli təsiri və böyük miqyasda dağıdıcı gücə malik olması haqqında danışıb.

Daha sonra seminar iştirakçılarına dövlət və mülki müdafiə qurumlarının rolu, əhalinin müdafiəsinin təşkili prinsiplərindən, erkən xəbərdarlıq, təhlükəsiz davranış qaydaları, sığınacaqlar və qoruyucu vasitələr, eləcədə əhalinin təxliyəsi haqqında ətraflı məlumat verib.

Dursun Abdullayev sonda bildirib ki, kütləvi qırğın silahlarının yaratdığı təhlükələrə qarşı mübarizədə dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, hər bir vətəndaşın da fərdi hazırlıq səviyyəsinin yüksəldilməsi və bu sahədə zəruri nəzəri və praktiki biliklərlə təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Seminarın sonunda əməkdaşlara kütləvi qırğın silahlarından istifadə zamanı yaranan fəsadlar və bu istiqamətdə görüləcək mülki müdafiə tədbirləri ilə əlaqədar maarifləndirici video təqdimat göstərilib.

Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: