Bu gün AMEA-nın Əsas binasında AMEA Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2013-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat iclası keçirildi.
Bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın sədrliyi ilə keçirilən iclasda bölmə üzvləri, HİEB üzrə elmi-tədqiqat müəsissələrinin rəhbər işçiləri, əməkdaşları, KİV nümayəndələri iştirak edirdi.
Öncə bölmə institutlarının 2013-cü ildə əldə etdikləri nailiyyətləri əks etdirən sərgi nümayiş etdirildi.
HİEB-in elmi-tədqiqat müəssisələrinin 2013-cü ildəki elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabatla çıxış edən K.Abdulla bildirdi ki, ümumi yığıncaq HİEB-in 2013-cü ildəki fəaliyyəti ilə bağlı 4-cü yekun iclasıdır. Dekabrın 17-də AMEAƏlyazmalar İnstitutunda keçirilən iclasda ictimai sahə üzrə, dekabrın 23-də AMEAHüseyn Cavidin Ev Muzeyində keçirilən iclasda humanitar sahə üzrə elmi-tədqiqat müəssisələrinin bölmə üzvlərinin və problem şuralarının, dekabrın 25-də AMEA-nın Əsas binasında keçirilən bölmənin ümumi yığıncağında isə kənar təşkilatların və doktorantların yekun hesabatları dinlənilib, müzakirələr aparılıb.
Ölkə Prezidentinın fərman və sərəncamları, dövlət proqramlarının icrası ilə əlaqədar bölmədə elmi, elmi-texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə məlumat verən K.Abdulla qeyd etdi ki, bölmə ETM-ləri AR Prezidentinin imzaladığı 24 sərəncamın, habelə müxtəlif Dövlət Proqramlarının icrası ilə əlaqədar nəzərdə tutulan vəzifələrin öhdəsindən uğurla gəliblər. O bildirdi ki, hesabat dövründə bölmə ETM rəhbərlərinin fəaliyyətlərinin istiqamətləndirilməsində aparıcı rol oynamış, alimlərin elmi fəaliyyətində, xarici ökələrlə əlaqələrin qurulmasında əsas götürülmüş mühüm sənədlərdən biri “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı” olmuşdur. Cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin alimlərə diqqət və qayğı nümunəsi olaraq, tədqiqatların daha da genişləndirilməsi, elmi işçilərin əməyinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə ETM-lərin fəaliyyətinə təsir edəcək önəmli sərəncamlar imzaladığını deyən K.Abdulla Tarix, Arxeologiya və Etnoqrafiya, Dilçilik institutlarının maddi-texniki bazalarının gücləndirilməsi haqqında imzalanmış sərəncamları xüsusi qeyd etdi.
K.Abdulla diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamına əsasən AMEA-nın Rəyasət Heyətində, ölkənin müxtəlif institut və təşkilatlarında görkəmli elm xadimləri və alimlərimizin iştirakı ilə iclaslar keçirilmiş və buraya müxtəlif idarə və təşkilatlarında çalışan mütəxəssislər cəlb olunaraq geniş fikir mübadiləsi aparılmışdır.
K.Abdulla bildirdi ki, HİEB-in institutlarının əməkdaşları müxtəlif fəxri adlara layiq görülmüşlər və bu, dövlət başçısının elm sahəsinə göstərdiyi diqqət və qayğının yüksək nəticəsidir. Diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanlarına uyğun olaraq bölmənin müxtəlif institutlarında görkəmli mütəfəkkir və alimlərimizin yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.
Alim cari ildə elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi, alınmış mühüm nəticələr, bölmə üzvlərinin hesabat ilindəki fəaliyyəti eləcə də bir sıra kənar təşkilatların mühüm nəticələri haqqında məlumat verdi. 2013-cü ildə AMEAİqtisadiyyat, Arxeologiya və Etnoqrafiya institutlarında müqavilələr üzrə aparılan işləri yüksək qiymətləndirən K.Abdulla yekun hesabatda bölmənin elmi-tədqiqat müəssisələrinin beynəlxalq əlaqələr sahəsindəki uğurları, qrant layihələrdə qalib olmuş, elmi fəaliyyətlərinə görə təltif olunmuş, beynəlxalq miqyaslı nüfuzlu jurnallarda əsərləri çap olunmuş əməkdaşlar haqqında məlumat verdi.
K.Abdulla bölmə bürosunun eləcə də onun nəzdindəki elmi-nəzəri seminarın, problem şuralarının fəaliyyəti, kadr potensialı, elmi-tədqiqat müəssisələri tərəfindən keçirilmiş beynəlxalq və respublika miqyaslı tədbirlərdən də söz açdı.
Çıxışının sonunda alim əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də olduğunu qeyd etdi.
Sonda akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Tofiq Hacıyev və başqaları hesabatla bağlı çıxış edərək bölmənin illik hesabatını qənaətbəxş hesab etdilər.
©
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.