Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
12.09.2025 14:35
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin sentyabr ayında ilk  nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirakı ilə bağlı xəbər, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandumun imzalanması mərasimi ilə bağlı xəbər, eləcə də AMEA Rəyasət Heyətinin dövlət başçısına müraciət məktubu təqdim edilib.

Bugünkü buraxılışın ilk səhifələrində AMEA-da Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş müşavirə, Akademiyanın 80 illiyinə hazırlıq məsələlərinin müzakirəsi və Rəyasət Heyətinin növbəti iclasına dair yazılar geniş şəkildə işıqlandırılıb.

Bundan əlavə, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının açılış mərasimində və “8-ci Beynəlxalq Tibb və Sağlamlıq Elmləri” mövzusunda beynəlxalq elmi-praktik konqresdə iştirakı, Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti və vyetnamlı ədəbiyyatşünas alimlərlə görüşü və digər tədbirlər haqqında informasiyalar bu nömrədə yer alıb.

Qəzetin bu sayında, görkəmli kimyaçı, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 125 illiyinə və professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbirlər, Qəbələdə arxeoloqlarla müşavirəyə dair xəbər, o cümlədən “Riyaziyyat və mexanika elmi tərəqqinin yol xəritəsini müəyyənləşdirir” başlıqlı yazı, “Tarixi zəfər - bu dəfə diplomatiya meydanında!”, “Sənətşünaslıqda intellekt və hissin harmoniyası” adlı məqalələr dərc olunub.

Bugünkü sayda AMEA-nın bölmə və müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlərlə bağlı informativ yazılar və yeni nəşrlər də təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-nın ötən həftə elmi-təşkilati fəliyyətinə dair məlumatlar, arxeologiyanın insanlıq tarixinə töhfəsindən bəhs edən məqalə və Şərq Zəngəzur iqtisadi regionunun dendroflorası üzrə tədqiqatlarla bağlı müsahibə dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: