Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.03.2016 18:57
  • A-
  • A
  • A+

AMEA-da Nəsimi rayonunda yerləşən orta məktəblərin şagirdləri ilə görüş keçirildi

AMEA-da Nəsimi rayonunda yerləşən orta məktəblərin şagirdləri ilə görüş keçirildi

Martın 11-də AMEA-nın Əsas binasında Akademiyanın "Alimlər evi" Məhdud Məsuliyyətli Cəmiyyəti və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. 

Tədbirdə AMEA-dan olan nümayəndələr, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Nəsimi rayonunda yerləşən orta məktəblərin direktor və şagirdləri iştirak ediblər. 

Əvvəlcə şagirdlər AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

İlk olaraq AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli Novruz bayramının tarixi, etimologiyası, adət-ənənələrimiz barədə məktəblilərə ətraflı məlumat verib.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov şagirdlərin riyaziyyatla bağlı suallarını interaktiv metodla cavablandırıb, bu istiqamətdə onları maraqlandıran mövzular ətrafında müzakirələr təşkil edib.

Müxtəlif elm sahələrinə dair çıxışlarda Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayinin çıxışı da şagirdlərin marağına səbəb olub. O, astronomiya elminin tarixi, elmi nailiyyətləri, Marağa rəsədxanasının banisi, görkəmli alim Nəsirəddin Tusi haqqında məktəblilərə geniş məlumat verib.

Sonda "Alimlər evi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: