ABŞ-ın Miçiqan Universitetinin alimləri tərəfindən səth üzərində buzun əmələgəlməsinin qarşısını ala bilən universal, eyni zamanda qiymət baxımından sərfəli olan material hazırlanıb. Yeni material təyyarələrin füzelyajının, ön şüşələrin və soyuducuların istehsalında istifadə oluna bilər.
Əvvəllər alimlər mayenin səth üzərində toplanaraq donmasının qarşısını almaq üçün hidrofob və ya çox sürüşkən materiallardan istifadə edirdilər. Lakin eksperimentlər nəticəsində aydın olub ki, buzun əmələgəlməsinin qarşısını alan yeganə effektiv material rezindir.
Yüksək temperatur, mexaniki abraziya, duz dumanı, donma və ərimənin təsirinə dayanıqlı olan yeni örtük sintetik kauçukların sintezindən hazırlanıb.