Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2016 17:07
  • A-
  • A
  • A+

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirilir

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirilir

Martın 31-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Soyqırımlara son” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq hüquq normalarını və BMT-nin konvensiyalarını rəhbər tutaraq, dünyada baş vermiş soyqırımlar haqqında həqiqətlərin gənclər arasında daha geniş yayılmasında beynəlxalq ekspertlərin imkanlarından istifadə etmək və bu istiqamətdə təbliğat işlərinin elmi səviyyədə genişləndirilməsinə dəstək verməkdir.

Konfransda AR Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Alev Kılıç, AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, özbəkistanlı yazıçı-publisist Şuxrat Salamov və digərləri dinc əhaliyə qarşı törədilmiş erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qarşıda duran mühüm vəzifələrdən danışıblar. Bildirilib ki, saxta, qondarma fikirlərin ifşa olunması, tarixi ədalətin bərpası üçün gənclər arasında təbliğatın genişləndirilməsi zəruridir.

Qeyd olunub ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir.

Konfransda Azərbaycanla yanaşı, İran, Gürcüstan, Moldova, Özbəkistan və Türkiyədən olan mütəxəsisslər də iştirak edirlər.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: