Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.12.2025 18:45
  • A-
  • A
  • A+

Naxçıvanda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbirin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət ediblər

Naxçıvanda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbirin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət ediblər

Dekabrın 5-də görkəmli kimyaçı alim akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, akademik Yusif Məmmədəliyevin qızı, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva və digər konfrans iştirakçıları abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini yad ediblər.

Tədbir iştirakçıları abidə önündə xatirə fotosu çəkdiriblər.

serqqapisi.az

  • Paylaş: