Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.02.2026 12:30
  • A-
  • A
  • A+

AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: