Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.02.2026 10:45
  • A-
  • A
  • A+

Beynəlxalq elmi konfransın iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Beynəlxalq elmi konfransın iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini  ziyarət ediblər

AMEA-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. 

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Sonra konfrans iştirakçıları “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, gül dəstələri düzülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: