Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Birinci Türkoloji Qurultay və ümumtürk  termin yaradıcılığı prosesi” adlı monoqrafiya çapdan çıxıb
16.03.2026 10:57
  • A-
  • A
  • A+

“Birinci Türkoloji Qurultay və ümumtürk termin yaradıcılığı prosesi” adlı monoqrafiya çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Birinci Türkoloji Qurultay və ümumtürk termin yaradıcılığı prosesi” monoqrafiyası  nəşr olunub.

Monoqrafiyada Birinci Türkoloji Qurultayın çağırılma səbəbləri, elmi və tarixi əhəmiyyəti,  terminoloji sistemin formalaşma istiqamətləri, türk dillərində terminlərin yaranma prosesi, terminlərin yaranma mənbələri, alınma terminlərin dillərə daxil olma yolları, ortaq terminologiyanın  və terminlərin mənimsənilmə prosesinin nəzəri əsasları müəyyənləşdirilib.  Birinci Türkoloji Qurultayda terminin müəyyən definisiya əsasında təyininin zəruriliyi, terminlə anlayış arasında əlaqə, onu digər məfhumlardan ayıran meyarlar əsasında adlandırılması, definisiyasının sahə anlayışlarının iyerarxik yerləşmə xüsusiyyətləri ilə bağlı fikirlər elmi faktlarla şərh olunub.

Mo­noq­ra­fi­ya­da Birinci Türkoloji Qurultay və terminoloji lüğətçiliyin inkişafı, türk dillərində ortaq terminologiya, ortaq termin yaradıcılığı və ortaq beynəlmiləl terminlərin yaranma prin­sip­lə­ri­, mənbələri və üsulları  nə­zə­ri və prak­tik mə­sə­lə­lə­ri­ araş­dı­rıl­ıb.

Türk dillərində ter­mi­no­lo­ji lü­ğət­lə­rin tər­tib olun­ma qay­da­la­rı­, ter­min­lə­rin lü­ğət­lər­də ve­ril­mə üsul­la­rı­, prin­sip­lə­ri­, tər­ti­bi məsələləri və onlara verilən tələblər monoqrafiyada geniş şəkildə şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: