Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2026 15:25
  • A-
  • A
  • A+

AMEA rəhbərliyi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib

AMEA rəhbərliyi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib

Aprelin 28-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının məsul şəxsləri Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda məzarını ziyarət ediblər.

AMEA nümayəndələri Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: