Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti professor Bahrom Abdukhalimov Özbəkistan və Azərbaycan arasında elmi əlaqələrin inkişafına verdiyi töhfələrə görə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə təsis edilmiş “AMEA-nın döş nişanı” ilə təltif olunub.
Xatirə medalı Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Şavkat Ayupov tərəfindən professor Bahrom Abdukhalimova təqdim edilib.
Qeyd edək ki, bu mükafat iki ölkə arasında elmi əməkdaşlığın daha da möhkəmləndiyinin açıq göstəricisidir.
Xatırladaq ki, Özbəkistan EA-nın prezidenti akademik Şavkat Ayupov da ötən il noyabrın 3-də AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbir zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən sözügedən mükafatla təltif edilmişdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.