Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.05.2026 13:45
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı elmi-praktik konfransda iştirak edib

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı elmi-praktik konfransda iştirak edib

Mayın 6-7-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Müasir hərbi təhsil və hərb elminin inkişaf perspektivləri” mövzusunda 21-ci respublika elmi-praktik konfransı keçirilib.

Milli Müdafiə Universitetinin təşəbbüsü ilə təşkil olunan konfrans ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələri və elmi təşkilatlarının geniş nümayəndə heyətlərini bir araya gətirib.

Açılış nitqi ilə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun və milli hərbi təhsil sisteminin formalaşmasında misilsiz qurucu rolundan bəhs edib. Qeyd olunub ki, 1993-cü ildən etibarən həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu müasir, peşəkar və güclü orduya çevrilib.

Çıxışda vurğulanıb ki, bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Son 20 ildə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunaraq regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib və 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanıb.

Açılışdan sonra konfrans bölmələr üzrə öz işini davam etdirib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi tar.ü.f.d. Cəmil Quliyev institutun Humanitar elmlər və milli təhlükəsizlik bölməsində “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda məruzə edib.

Məruzələr Milli Müdafiə Universitetinin Heydər Əliyev adına İnstitutunun rektoru general-mayor Ümüdvar Quliyev tərəfindən sertifikata layiq görülüb. Sertifikatı bölmə sədri NATO və hərbi fənnlər kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Minəvvər Məmmədova təqdim edib.

Sonda xatirə şəkli çəkilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: