Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda Elmi şuranın Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan iclası keçirilib.
İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Poliefir və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçisi Günel Qurbanlı Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin formalaşdırılması və ölkənin sosial-iqtisadi inkişafı istiqamətində misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, onun rəhbərliyi dövründə elm və təhsil sahəsinə xüsusi diqqət ayrılıb, elmi kadr hazırlığının gücləndirilməsi və elmi-tədqiqat müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb.
İclasda gündəlikdə olan digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.