Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.05.2026 09:45
  • A-
  • A
  • A+

Kimya İnstitutunun əməkdaşları elmi-texniki konfransda iştirak ediblər

Kimya İnstitutunun əməkdaşları elmi-texniki konfransda iştirak ediblər

Kimya İnstitutunun PHŞ-nin əməkdaşları, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının elmi işçisi İsazadə Aygün və “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının elmi işçisi Əliyeva Şəfiqə Fövqəladə Hallar Nazirliyi Akademiyasının təşkil etdiyi, “Fövqəladə Hallarla Mübarizənin Aktual Problemləri” mövzusunda XI elmi-texniki konfransında iştirak ediblər.

Konfrans zamanı İsazadə Aygün “n-Alkanların oksidləşməsinin kinetik modellər əsasında inteqral təhlili” və “MnP4VP əsaslı katalizatorların SEM və EDS analizi” mövzularında məruzə tezisləri ilə çıxış edib. O, sadə, ekoloji təmiz, yenidən istifadə oluna bilən katalizatorların n-alkanların oksifunkisonallaşmasında yüksək effektivlilik və selektivlik göstərdiyini qeyd etmiş və ilk dəfə oksidləşmə prosesinin təsviri üçün beş müxtəlif kinetik modelin vahid analitik platformada inteqrasiya olunmasını bildirib.

Məruzəçi sonda mövzu ətrafında suallara cavab verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: