Avrasya Akademisyenler Birliyi Dərnəyinin təşkilatçılığı ilə Ankara Bələdiyyəsi Ulus Genc Akademi Konfransı salonunda onlayn formatda keçirilən "21. Yüzyılda Türk Dünyası ve Sosyal Bilimler II Uluslararası Sempozyumu"nda AMEA Folklor İnstitutunun əməkdaşları məruzə ediblər.
İnstitutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.e.d., dosent Şakir Albalıyevin həm moderatoru olduğu, həm də məruzə etdiyi “Azerbaycan: tarih, folklor ve mədəni miras” adlı bölmədə alim “Balkan türklərinin əsli və folkloru: tarixi yanaşmalar və hazırkı vəziyyət”, institutun “Cənubi Azərbaycan folkloru” şöbəsinin böyük elmi işçisi Lalə Şabanova isə “Cənubi Azərbaycan folklorunda aşura mərasimləri: ritual-semantik təhlil və mədəni yaddaş” mövzusunda məruzələr ediblər.
Məruzələrdə müasir dövrdə folklorun aktual məsələlərinə nəzər salınmış, onların həlli ilə əlaqədar təkliflər edilmişdir.
Məruzələrin nəşri nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.